AZ

Qəzalı binanın sakinləri 3 il bundan əvvəl verilən qiymətləndirməni QƏBUL ETMİRLƏR VİDEO

Paytaxtın Xətai rayonundakı qədim binanın qəzalı olduğuna dair qərar bir neçə il əvvəl verilsə də sakinlər hələ köçürülməyib. 

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, Oksigen küçəsində yerləşən bu binadan gedir.

Sakinlər köçməyə razı, təklif olunan məbləğdən isə narazıdılar. Zümrüd Ağayeva deyir ki, bu binada evlərin qiymətləndirilməsi üç il bundan əvvəl aparılıb. İndi isə o qiymətlə mənzil bazarındakı mövcud qiymət üst-üstə düşmür: 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, Xətai rayonu, Oksigen küçəsi, 1 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib. Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşdiyinə görə orada çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddət ərzində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır. Mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri isə "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında hesablanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
28
xezerxeber.az

1Mənbələr