AZ

Ağstafada dönərdən kütləvi zəhərlənmə

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.   Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. İlkin məlumata görə, 8 nəfər zəhərlənmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.
Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
14
manset.az

10Mənbələr