AZ

Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Seçilən
41
10
apa.az

8Mənbələr