AZ

"Soyqırımı" barədə deyil, Türkiyə ilə tarixi şansdan danışmağa üstünlük verdi

Ermənistanın baş naziri Paşinyan Türkiyə mətbuatına müsahibəsində ölkə hökumətinin başçısı kimi Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün mövcud “tarixi şansdan” istifadə etmək istədiyini bildirib.

"Unikal" xəbər verir ki, o hesab edir ki, Ermənistan və Türkiyə bir-biri haqqında onilliklər boyu formalaşmış stereotiplərdən əl çəkməli və bir-birini təhlükə kimi qəbul etməyi dayandırmalıdır.

Paşinyan bəzən ölkə daxilində bir siyasətçi kimi ona faydası olmayan açıqlamalar verdiyini deyib. Amma regionda “burada və indi” sülhün olması vacibdir. O hesab edir ki, bu, o cümlədən iqtisadi əməkdaşlıq yolu ilə mümkündür.

Osmanlı İmperiyasında "erməni soyqırımı" ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, beynəlxalq tanınma Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil. 

Paşinyan Ermənistan hakimiyyətinin soyqırım spekulyasiyasından imtina etməsi barədə danışmağa çağırıb.

""Soyqırım" faktı Ermənistanda və ermənilər arasında danılmaz həqiqətdir. Bunu inkar etmək mümkün deyil, amma məsələ bu deyil. Məsələ ondadır ki, bu hadisələr baş verəndə Ermənistan Respublikası yox idi, indi isə beynəlxalq səviyyədə tanınmış dövlət kimi mövcuddur. Bu dövlət isə öz vətəndaşlarının rifahını və təhlükəsizliyini təmin etmək imkanına malikdir. Bunun üçün biz ilk növbədə regional sülh və təhlükəsizlik haqqında düşünməliyik", - deyə Paşinyan bildirib.

Seçilən
77
50
unikal.az

10Mənbələr