1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Müasir dünyada irəli sürülən dəyərlər kənarda qalır və bunun İkinci Dünya Müharibəsindən sonra daha qabarıq şəkildə özünü göstərdiyinin şahidi oluruq".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc deyib.
"Bir ildən çoxdur ki, Qəzzada insanlar məhv olurlar, lakin dünya buna maraq göstərmir. Ukrayna-Rusiya münaqişəsində isə biz Ukraynanın yanında olmağa çalışdıq, amma keçə bilmədiyimiz xətlər var. Artıq üç ildir ki, iki ölkə arasında müharibə gedir", - deyə Kılıc qeyd edib.
O, kapitalizmin fərqli formalarını ortaya qoyduğunu, lakin əsas məqamın artıq dəyişikliyin baş verməsi olduğunu bildirib.
"Mənim ölkəm 60 ildir ki, Avropa İttifaqına qoşulmaq istəyir. Biz bu təsisatı dəyərləndiririk, lakin o bizi dəyərləndirirmi?" - deyə o soruşub.
Türkiyəli rəsmiyə görə, insanlar siyasətçilərə etibar etmirlər, çünki onların yalnız öz maraqlarını düşündüklərinə inanırlar.
Sonda Akif Çağatay Kılıc BMT Təhlükəsizlik Şurasının mövcud quruluşunu ədalətsiz adlandırıb:
"Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil".
Aləmdə Nəsib