AZ

Ukrayna ilə Rusiyaya veriləcək əraziləri müzakirə edirik - Tramp

Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və hansıları itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.

Turkustan.az Sky News-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bu və ya digəri kimə qalacaq? Bu asan proses deyil", - Tramp təfərrüatlara varmadan deyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO və alyansa qoşulma mövzusunu qaldırıb. Tramp vurğulayıb ki, “cavabın nə olduğu hamıya bəllidir, 40 ildir bunu hamı bilir" .

Tramp digər məsələlərlə yanaşı, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştlərinin müzakirə olunduğunu bildirib. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfindən atəşkəsə nail olmaq lazımdır.

Martın 13-də Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra ölkəsinin atəşi dayandırmağa hazır olduğunu deyib. O bildiribki, bu qərar uzunmüddətli sülhə gətirib çıxaracağı şərti ilə verilə bilər.

Bundan əlavə, Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs müddətində Ukrayna hakimiyyətinin hərəkətlərinə nəzarət edilməlidir, çünki onlar bu vaxtdan ordunun yeni səfərbərliyi və silahlanması üçün istifadə edə bilərlər./bakupost.az/

Seçilən
13
9
turkustan.az

10Mənbələr