Xəbər verdiyimiz kimi, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb.
Ekologiya.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək
***
Goranboyda məktəbli qaçırılıb.
Ekologiya.az unikal.az-a istinadən xəbər verir ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb.
İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparırlar.