"Neftçi"nin legioneri Ervin Kuç Monteneqro millisinə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.