Olaylar.az Politico-ya istinadən xəbər verir ki, layihə Aİ-nin müdafiə komissarı Andryus Kubilyus və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb və gələn həftə Aİ liderlərinə təqdim olunacaq.
Sənədə əsasən, Aİ silah istehsalını stimullaşdırmaq və birgə silah tədarükünü təşkil etmək niyyətindədir.
"Avropa müdafiəsinin yenidən gücləndirilməsi uzunmüddətli dövr ərzində genişmiqyaslı investisiyalar tələb edir", - sənəddə qeyd olunur.
Layihənin əsas istiqamətləri bunlardır:
• Hava və raket hücumundan müdafiə sistemlərinin inkişafı
• Artilleriya sistemləri, sursatlar, raketlər və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı
• Müdafiə sahəsində yüksək texnologiyaların tətbiqi
Bundan əlavə, Avropa Komissiyası Aİ ölkələri üçün mərkəzi satınalma orqanı rolunu oynaya bilər.