AZ

Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub

Bakı, 14 mart, AZƏRTAC

2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39 faizi və ya 14,6 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

O qeyd edib ki, 2024-cü ildə orta pensiya məbləği 12 faiz, yaşa görə pensiya 11,3 faiz artıb, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib (9,8 faiz artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub.

Seçilən
1
2
azertag.az

3Mənbələr