AZ

“Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir”

“İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”

İdmanxeber.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Ayxan Abbasov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis çətin işdə ona etibar edən şəxslərə təşəkkürünü bildirib:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Üzərimizə çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və əsas millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Seçilən
0
12
idmanxeber.az

10Mənbələr