AZ

Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasına aparan istənilən proses doğru addımdır - Syuzan Eliot (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasına aparanistənilən proses doğru istiqamətdə atılmış bir addımdır.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaABŞ-nin Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və başicraçı direktoru Syuzan Eliot deyib.

O bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərarolması olduqca vacibdir:

"Hesab edirəm ki, bu forum da dünyada sülh və ədalətin bərqərarolmasında müstəsna əhəmiyyət kəsb edir. Ümumilikdə, forum, həmişəkikimi, yaxşı keçir.

İnsanların öz fikirlərini ifadə edə bildiyi yerdə bunun başverməsinə dəstək verdiyinə və şərait yaratdığına görə Prezidentİlham Əliyevə təşəkkür edirik. Moderatorluq etdiyim paneldə,gördüyünüz kimi, biz Azərbaycan, Türkiyə və digər ölkələrin sülhəaparan yollarda necə kömək edə biləcəyi barədə çox danışdıq.
Ona görə də düşünürəm ki, bu forum tərəflərə əla fürsətlər təqdimedir".

Qlobal Bakı Forumunda ilk dəfə iştirak etmədiyini deyən başicraçı direktoru ümid edir ki, bu, sonuncu da olmayacaq:

"Ümid edirəm ki, biz bu son paneldə dünya problemlərinin həlliüçün istifadə oluna biləcək bəzi konkret ideyalardan ibarətədalətli mövqeləri ortaya qoya bilərik".

"İqlim dəyişikliyi, sülhün yolları və ya çoxtərəfli təşkilatlarınnecə gücləndiriləcəyi haqqında danışmaq, müzakirə etmək üçün çoxlumövzular var. Beləliklə, düşünürəm ki, bu forum bir çox keçmişdünya liderləri arasında fikirləri bölüşmək üçün ideal fürsətyaradır", - S.Eliot qeyd edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Seçilən
16
50
az.trend.az

10Mənbələr