Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Ekologiya.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bildiirlib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.
Əlavə məlumat veriləcək.