AZ

Slot və Postekoqlunu qabaqladı, ən yaxşısı seçildi

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi məlum olub.

QOL.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Bu, “Everton”un baş məşqçisi Devid Moyes olub. Mütəxəssisin çalışdırdığı komanda ötən ay 5 matça çıxaraq 2 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib. O, sorğuda Oliver Qlasner (“Kristal Pelas”), Anqelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Qeyd edək ki, hazırda "Everton" turnir cədvəlində 33 xalla 15-ci yerdədir. Lider "Liverpul"un 70 xalı var. 

Seçilən
15
1
teleqraf.com

2Mənbələr