AZ

Sülh müqaviləsi nə vaxt imzalanacaq? – AÇIQLAMA

“Sülh sazişinin mətninin şifahi olaraq razılaşdırılması sülhə doğru atılan müsbət bir addımdır, ancaq biz artıq beş ildir ki, Ermənistanla aparılan sülh danışıqlarında müəyyən təcrübə əldə etmişik. Bu müddət ərzində Ermənistanın sülhdən yayınmaq üçün müxtəlif bəhanələr gətirdiyini və fərqli fikirlər səsləndirdiyini dəfələrlə müşahidə etmişik”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Hikmət Babaoğlu Bakı və İrəvan arasındakı sülh razılaşdırılmasını şərh edərkən deyib.

O bildirib ki, məhz buna görə də son iki maddə ilə bağlı Ermənistanın real addımlarını görmədikcə sülhün nə vaxt imzalanacağı və onun çərçivəsi barədə fikir bildirmək çətindir:

“Məsələnin digər vacib məqamı referendumun həyata keçirilməsi və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı iddiaların çıxarılmasıdır. Bu proses müəyyən vaxt tələb edəcək. Şübhəsiz ki, Ermənistan yeni Konstitusiya qəbul etmədən və rəsmi olaraq bu iddialardan imtina etmədən Paşinyan komandasının verdiyi vədlərlə hər hansı bir saziş imzalanması mümkün deyil. Yalnız Konstitusiyada dəyişiklik edildikdən sonra bu addım reallaşa bilər”.

H.Babaoğlunun sözlərinə görə, bu mərhələdə Azərbaycanla etimad mühiti yaratmaq üçün Paşinyan başqa bir addım da ata bilər:

“Bu addım ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı dərhal müraciət etmək ola bilər. Azərbaycanla birlikdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edərək, vaxtilə yaradılmış və artıq funksionallığını itirmiş bu qurumun ləğvini tələb edə bilər. Ermənistan bunu nə qədər tez etsə, bir o qədər də növbəti addımlar üçün yeni şans yaratmış olar və verdiyi vədlərin doğru olduğunu sübut etmiş olar. Əks halda Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistana qarşı etimad sıfır səviyyəsində qalacaq. Çünki beş ildir sülh barədə ziddiyyətli fikirlər səsləndirməklə heç bir real addım atılmayıb. Buna görə də gözləmək lazımdır ki, qarşıdakı günlərdə Paşinyan bu addımı atacaq”.

Seçilən
37
50
busaat.az

10Mənbələr