AZ

Goranboyda 15 yaşlı qız yoxa çıxıb - Yeniyetmə 3 dərsdə iştirak edib, sonrası məlum deyil VİDEO

Goranboyda orta məktəbdə oxuyan 15 yaşlı yeniyetmə qız yoxa çıxıb.

Məlumata görə, 9-cu sinif şagirdi martın12-də oxuduğu orta məktəbə gedib. Ondan sonra xəbər almaq mümkün olmayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonda yerləşən 2-saylı orta məktəbdə qeydə alınıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçib.

Gəncə -Daşkəsən Regional Təhsil İdarəsindən məsələyə münasibət  bildirilib.

15 yaşlı yeniyetmənin valideynlərindən münasibət öyrənmək istədik. Onların ünvanında heç kim olmadığından qonşuları ilə danışdıq.

Rayon polisi də məsələni nəzarətə götürüb.  

15 yaşlı qızın qaçırılıb-qaçırılmaması  polisin araşdırmasından sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
xezerxeber.az

1Mənbələr