AZ

Güləşçimiz Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər bəlli olub.

Azərbaycan millisinin 2 güləşçisi medal uğrunda yarışıb.

Yunan-Roma güləşi

72 kq
Ruslan Nurullayev həlledici görüşdə Danil Griqoriyevlə (UWW) üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada təmilçimiz 3:2 hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

82 kq
Elmin Əliyev bürünc uğrunda Yonni Sarkkinnenlə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürünc qazanıb.

İdman.biz

Seçilən
46
2
idman.biz

3Mənbələr