“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə” Alyansının icraçl direktoru Alpay Məmməd saxlanılıb.
Heftelik.az-ın məlumatına görə, istintaq orqanı tərəfindən məhkəməyə Binəqədi Rayon Məhkəməsi təqdimatına təqdimatlar daxil olub.
Hər iki şəxs barədə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.