AZ

İtaliya Azərbaycan - Ermənistan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb

İtaliya Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını, eləcə də münasibətlərin bərpasını alqışlayır.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"İtaliya hökuməti regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş normallaşma prosesini dəstəkləməyə davam edəcək", - paylaşımda qeyd olunur.

Seçilən
13
far.az

1Mənbələr