Türkiyə Superliqasında XXVIII tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Antalyaspor”la qarşılaşıb.
Görüş İstanbul nəhənginin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə Osimhen het-triklə yadda qalıb, digər qolun müəllifi isə Alvaro Morata olub.
Qeyd edək ki, “cim-bom” 69 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Qonaqlar isə 33 xalla 10-cu yerdədir.
"Cebheinfo.az"