AZ

"MADO Azərbaycan" işçi axtarır - VAKANSİYA

MADO Azərbaycan

Restoran Meneceri

Son tarix 14 apr 2025 - [email protected]

İş yeri: Gəncə şəhəri

Vəzifə öhdəlikləri: 

  • Restoranın fasiləsiz fəaliyyətinin təşkili 
  • Müştəri məmnuniyyətini təmin etmək
  • Standartların tələblərinə riayət edilməsinə nəzarət 
  • Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət 
  • Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi 
  • İşçi heyətinin seçilməsi, təlimatlandırılması
  • İş bölgüsünün düzgün aparılmasına nəzarət
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək 
  • Heyətin davamiyyət cədvəllərinin tərtibi və nəzarət
  • İş yerində qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət.
  • Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.  
  • Kassa əməliyyatlarına nəzarət
  • Anbar sayımlarına nəzarət

Namizədə dair tələblər: 

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi : Restoran sahəsində menecer vəzifəsində  minumum 3 il iş təcrübəsi 
  • Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti 
  • Detallara diqqət etmək bacarığı 
  • Əmək intizamına riayət etmək 
  • Kollektivdə işləmək bacarığı; 
  • Kompüter bilikləri: MS Office 
  • Dil bilikləri: Rus dili və ya İngilis dili arzuolunandır
  • Bakı şəhərinə ezamiyyətlərə hazır olmalıdır

İş şəraiti: 

  • İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki 
  • İstirahət günü: həftədə 1 gün 
  • Nahar şirkət tərəfindən verilir
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə 
  • Əmək haqqı: müsahibə əsasında

Qeyd: Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran meneceri” yazıb elektron poçt ünvanına CV göndərməsi xahiş olunur.

Seçilən
14
fed.az

1Mənbələr