AZ

Formula-1-də sprint yarışı yenidən Bakıda

Formula-1 rəhbərliyi bütün Qran-prilərdə sprint yarışlarının təşkili variantını nəzərdən keçirir.

İdman.biz xəbər verir ki, bu barədə İtaliyanın CircusF1 nəşri məlumat yayıb.

Formula-1-in baş direktoru qarşıdakı 3 il ərzində hər həftə sonu sprint yarışlarını keçirməyi hədəfləyib. Sprintlərin sayı tədricən artacaq: 2026-cı ildə 12, 2027-ci ildə 18, 2028-ci ildən etibarən isə bütün Qran-prilərdə qısa məsafəyə yürüşlər təşkil olunacaq.

Hazırda Formula 1-də hər mövsümdə altı sprint yarışı keçirilir. 2025-ci ildə bu yarışlar Çin, Mayami, Belçika, ABŞ, Braziliya və Qətər Qran-prilərindən bir gün əvvəl baş tutacaq.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib.

İdman.biz

Seçilən
42
idman.biz

1Mənbələr