AZ

ABŞ bu ölkənin səfirini ölkədən qovdu

ABŞ Dövlət katibi Marko Rubio Cənubi Afika Respublikasının (CAR) ölkədəki səfiri İbrahim Rəsulu arzuolunmaz şəxs elan edib.

Axar.az xəbər verir ki, dövlət katibi bu barədə X səhifəsində yazıb.

“Biz nəhəng ölkəmizdə CAR səfirinin olmasından şad deyilik. İbrahim Rəsul Amerika və onun prezidentinə nifrət edən siyasətçi-rasistdir. Onunla müzakirə ediləsi heç nəyimiz yoxdur və indi o, arzuolunmaz şəxs elan edilir”, - deyə bildirilib.

Qeyd edək ki, Rəsul Donald Trampı ağların üstünlüyü ideologiyasında, hazırkı dünya nizamına hörmətsizlikdə, BMT və G20 daxil olmaqla, beynəlxalq qurumlara məhəl qoymamaqda ittiham edib.

Seçilən
20
50
axar.az

10Mənbələr