1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İtaliyanın Florensiya şəhərində və onun ətraf ərazilərində leysan yağışları və suyun səviyyəsinin yüksəlməsi nəticəsində hava təhlükəsi üzrə "qırmızı" səviyyə elan edilib.
Oxu.Az RTE-yə istinadla xəbər verir ki, yerli sakinlərə evlərində qalmaları barədə çağırış edilib.
Bəzi yerlərdə avtomobillər qismən suyun altında qalıb. Məktəblər, parklar və qəbiristanlıqlar bağlanıb.
Bildirilir ki, leysan yağışları gün ərzində davam edəcək.