AZ

Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub

100-ə yaxın xəstə britaniyalı cərrahın onları şikəst qoyduğunu iddia edib.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, həmin həkimin cərrah ixtisasına sahib olmadığı və 91 nəfəri şikəst etdiyi bildirilir.

Söhbət "Walsall" dövlət xəstəxanasında işləyən "cərrah" Mian Munavar Şahdan gedir.

Qurbanlardan biri 51 yaşlı Angela Qlover olub. 2018-ci ildə "cərrah" onun çiyninin yerindən çıxdığını bildirərək qadını əməliyyat edib. Sonradan məlum olub ki, xəstədə yalnız əzələ yırtığı olub və əməliyyata ehtiyac olmayıb.

Qadın iddia edir ki, hazırda daimi ağrılar yaşayır və yeni doğulmuş nəvəsini qucağına ala və ya normal gündəlik işləri yerinə yetirə bilmir.

Təhqiqat zamanı həmin həkimin ən azı 91 xəstəyə "qeyri-standart" tibbi yardım göstərdiyi, onların hamısını çiyin və ya bilək əməliyyatı etdiyi üzə çıxıb.

Üstəlik, həkimin mürəkkəb əməliyyatları yerinə yetirmək üçün "lazımi" bacarıqlara malik olmadığı da müəyyən edilib.

Seçilən
26
publika.az

1Mənbələr