AZ

Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir - Qazaxıstan Prezidenti

“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”. SİA “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Burabayda Milli Qurultayın iclasında söyləyib. “Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, - deyə o bildirib.

2024-cü il oktyabrın 6-da Qazaxıstanda keçirilmiş respublika referendumunda əhalinin əksəriyyəti AES-in tikintisini dəstəkləmişdi.

Qeyd edək ki, Qazaxıstan ilk AES-in tikintisi üçün namizədlər müəyyən edib. Siyahıya müxtəlif ölkələrdən dörd şirkət daxil edilib: Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rusiyanın “Rosatom” və Fransanın EDF şirkəti.

Seçilən
4
1
sia.az

2Mənbələr