AZ

Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrindən alınan alkoqollu içkilərə 200% gömrük rüsumu tətbiq etməyə qərar verərsə, Aİ öz maraqlarını qorumağa hazırdır.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə "Bloomberg"ə müsahibəsində Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas bildirib.

"Biz soyuqqanlılığımızı qoruyuruq və əlbəttə ki, lazım olduqda hərəkət etməyə və maraqlarımızı qorumağa hazırıq", - deyə o bildirib.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, əgər Aİ viskiyə gömrük rüsumlarını ləğv etməsə, ABŞ şərab, şampan və digər alkoqollu içkilərə qarşı 200%-lik tarif tətbiq edəcək.

Seçilən
77
1
hakimiyyet.az

10Mənbələr