Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az erməni KİV-ə istinadən bildirir ki, Ermənistanın baş naziri Rusiya Prezidentini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsinin mətninin razılaşdırılması və onunla bağlı danışıqların başa çatması barədə məlumatlandırıb.
Onlar həmçinin, regional və ikitərəfli münasibətlər üzrə məsələləri də müzakirə ediblər.