AZ

Bakıda yol qəzası oldu: xəsarət alanlar var - Adlar

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri - 2003-cü il təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və 2005-ci il təvəllüdlü Bəyəliyeva İlkanə İlkin qızı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Seçilən
13
6
publika.az

10Mənbələr