AZ

Sabunçuda qəzaya düşən 18 yaşlı oğlan xəstəxanada ölüb

Sabunçuda qəzaya düşən şəxs xəstəxanada həyatını itirib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 10-da Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən magistral yolda baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Hüseynov Elşən Ataməli oğlu istifadəsində olan avtomobillə hərəkətdə olarkən magistral yolda yolu keçən 2007-ci il təvəllüdlü Kazımov İsmayıl Mübariz oğlunu vurub. Nəticədə, sonuncu müalicə aldığı “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsində bu gün saat 12 radələrində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
15
10
cebheinfo.az

10Mənbələr