AZ

19 yaşlı qız maşını maneəyə çırpdı - Ağır xəsarət aldı

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

Day.Az axar.az-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Ayan Zaur qızı Əliyevanın idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Seçilən
23
15
day.az

10Mənbələr