Əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib.
Moderator.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,37% artaraq 34,43 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.