AZ

Tokayev 3 AES inşa edəcəklərini açıqladı

“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söyləyib.

“Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, - Tokayev bildirib.

Xatırladaq ki, 2024-cü il oktyabrın 6-da Qazaxıstanda keçirilmiş respublika referendumunda əhalinin əksəriyyəti AES-in tikintisini dəstəkləyib. Qazaxıstan ilk AES-in tikintisi üçün namizədlər müəyyən edib. Bunlar Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rusiyanın “Rosatom” və Fransanın EDF şirkətləridir.

Seçilən
8
3
qaziler.az

4Mənbələr