1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Nüfuzlu "Give me Sport" idman portalı 2025-ci ildə "Qızıl Top" mükafatına əsas namizədlərin yenilənmiş reytinqini təqdim edib. Bir çoxları üçün gözlənilməz olaraq, "Liverpul"un hücumçusu Məhəmməd Salah siyahıda liderliyi itirib. Misirli futbolçu indi əsas namizədlər arasında yalnız üçüncüdür.
Oxu.Az-ın verdiyi məlumata görə, bunun səbəbi komandanın PSJ-yə məğlub olaraq Çempionlar Liqasını tərk etməsidir.
Reytinqdə birinci mövqeyə "Real"ın lideri Kilian Mbappe sahib olub, onun ardınca isə "Barselona"nın vinqeri Rafinya yer alıb.
Reytinqin ilk beşliyinə, həmçinin Vinisius Junior (dördüncü) və Lamin Yamal (beşinci) daxildir.
Xatırladaq ki, "Qızıl top"un hazırkı sahibi "Mançester Siti"nin braziliyalı yarımmüdafiəçisi Rodridir.