AZ

Bakıda vəzifəli şəxs vəfat etdi -

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, bu gün 68 yaşında dünyasını dəyişib.

S.Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum sabah Bakıda dəfn olunacaq. Yas mərasimi martın 18-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, mərhum Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun illər Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Seçilən
66
10
metbuat.az

10Mənbələr