ABŞ Prezidenti Donald Tramp Keyt Kelloqu Ukrayna üzrə xüsusi elçi təyin edib.
Viral.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Amerika lideri bildirib ki, o, Ukrayna hakimiyyəti və prezident Volodimir Zelenski ilə təmaslara nəzarət edəcək: “General Kelloqun Ukraynaya xüsusi elçi təyin edildiyini elan etməkdən məmnunam. Çox hörmətli hərbi ekspert olan general Kelloq birbaşa Prezident Zelenski və Ukrayna rəhbərliyi ilə məşğul olacaq”.
Son Yazılar:
- Tramp onu Ukraynaya xüsusi elçi təyin ETDİ
- ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ÖLDÜ
- Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
Tramp əlavə edib ki, Kelloq Ukrayna hakimiyyətini yaxşı tanıyır və xüsusi elçi ilə Kiyev arasında çox yaxşı işgüzar münasibətlər var.