AZ

İranlı general ABŞ-yə xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami ABŞ-yə xəbərdarlıq edib.

Bu barədə İran KİV-i məlumat yayıb.

“Təhlükə olarsa, İran sərt cavab verəcək. Biz qəti, sarsıdıcı və dağıdıcı cavab verəcəyik. İranın nüvə sazişi üzrə hərtərəfli planını məhz ABŞ dağıdıb, təzyiq, sanksiyalar və təhdidlər kimi zorakı, aqressiv həll yollarına əl atıb”, - o bildirib.

Mənbə: report.az

Seçilən
39
13
report.az

10Mənbələr