AZ

Azərbaycan millisinin Haiti və Belarusla oyunlara hazırlıq planı

Futbol üzrə Azərbaycan millisinin bu ay Haiti və Belarus yığmalarına qarşı keçirəcəyi yoxlama oyunları üçün hazırlıq planı müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Fernando Santosun rəhbərlik etdiyi komanda sabah – martın 17-də təlim-məşq toplanışına başlayacaq.

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti yığması ilə qarşılaşacaq. Ayın 25-də isə komandamız Masazırda yerləşən “Masazır Arena”da Belarus millisi ilə üz-üzə gələcək.

Azərbaycan millisinin hazırlıq planını təqdim edirik:

18 mart
17:00. Məşq (“Neftçi” Futbol Mərkəzi)

19 mart
21:30. Məşq (“Masazır Arena”)

20 mart
17:00. Məşq (“Neftçi” Futbol Mərkəzi)

21 mart
16:15. Mətbuat konfransı (“Neftçi” Futbol Mərkəzi)
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Neftçi” Futbol Mərkəzi)

22 mart
21:45. Azərbaycan – Haiti (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

23 mart
17:00. Məşq (Bakı, Tofiq Bəhramov adına Respublika stadionu)

24 mart
16:15. Mətbuat konfransı (Bakı, Tofiq Bəhramov adına Respublika stadionu).
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Bakı, Tofiq Bəhramov adına Respublika stadionu)

25 mart
21:45. Azərbaycan – Belarus (“Masazır Arena”)

Seçilən
5
9
arena.az

10Mənbələr