AZ

Əməkdar incəsənət xadimi VƏFAT ETDİ

Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev vəfat edib.

Bu barədə Publika.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçüb. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.

Seçilən
17
4
publika.az

10Mənbələr