Bu gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
Kanal.az xəbər verir ki, bu barədə incəsənət xadiminin qızı Aysel Ziyadxanlı məlumat yayıb.
Xatırladaq ki, Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı kimi tanınırdı. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə, o, 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.
***Xalq artisti Ənvər Həsənov vəfat edib.
Kanal.az xəbər verir ki, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbi ilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. /oxu.az