AZ

Şimali Koreya G7-yə cavab verdi

Şimali Koreya administrasiyası G7 ölkələrinə bütün nüvə silahlarından, kütləvi qırğın silahlarından və ballistik raket proqramlarından imtina etmək çağırışına reaksiya verib.

"Cebheinfo.az" Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü G7 ölkələrinin Pxenyanın nüvə silahlarından və ballistik raket proqramlarından imtina etməsi çağırışına reaksiya verib və Şimali Koreyanın xarici təhdidlərə qarşı nüvə potensialını artırmağa davam edəcəyi vurğulanyıb.

Bu proqramların ölkənin suveren hüququ olduğu iddia edilən açıqlamada, G7 ölkələrinin çəkindirmə təklifi və nüvə paylaşımı adı altında qeyri-qanuni və zərərli nüvə silahlarının yayılmasına diqqət yetirdiyi iddia edilib.

Bəyanatda G7 qlobal sülh və sabitliyi təhdid etməkdə günahlandırılıb.

Kanadada keçirilən G7 xarici işlər nazirləri toplantısında ölkələrin verdiyi birgə bəyanatda Şimali Koreyadan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə uyğun olaraq bütün nüvə silahlarından, digər kütləvi qırğın silahlarından və ballistik raket proqramlarından imtina etməsi tələb edilib.

Seçilən
31
2
cebheinfo.az

3Mənbələr