AZ

TƏCİLİ! GƏRGİNLİK PİKK HƏDDƏ: ABŞ İranın hərbi məsləhətçilərini MƏHV ETDİ

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləri ABŞ-ın bazar ertəsi axşamı Yəmənin Hudeyda vilayətinə endirdiyi hava hücumları nəticəsində həlak olub.

Turkustan.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hücum nəticəsində Yəməndəki husilərə hərbi dəstək göstərən SEPAH-ın xüsusi təyinatlı qüvvələri olan "Əl-Qüds" döyüşçüləri arasında da ölənlər var. Hadisənin detalları və dəqiq itkilər barədə məlumat verilməyib.

Daha əvvəl "Əl Hadath" telekanalı mənbələrə istinadən məlumat verib ki, ABŞ-ın Yəmənin qərbində yerləşən Hudeydə əyaləti ərazisinə endirdiyi zərbələr nəticəsində onlarla husi döyüşçü öldürülüb. Telekanalın məlumatına görə, hədəf alınan bölgə əsasən vilayətin qərbində yerləşən Əs-Salif rayonu olub.

Husilərə məxsus "Al Masirah" telekanalı xəbər verir ki, hücum nəticəsində bölgədə yerləşən metaləritmə zavodu dağıdılıb. Mənbələr iddia edir ki, husilər həmin zavoddan hərbi məqsədlər üçün istifadə ediblər.

Pentaqon açıqlamasında bildirib ki, İranın dəstəklədiyi "Ənsar Allah" hərəkatına qarşı həyata keçirilən bu hücumlar ABŞ-ın əvvəlki administrasiyalar dövründəki əməliyyatlardan fərqlənir, çünki daha geniş hədəfləri əhatə edir. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə direktoru general-leytenant Aleks Qrinkeviçin sözlərinə görə, ilk zərbə dalğası husilərin təlim yerləri də daxil olmaqla 30-dan çox hədəfi hədəf alıb. Bundan əlavə, zərbələr Yəmən hərəkatının pilotsuz təyyarələrin hazırlanmasında ixtisaslaşmış aparıcı mütəxəssislərini hədəf alıb./Musavat.com/

Seçilən
8
turkustan.az

1Mənbələr