AZ

Deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər




Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev martın 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Nikosiya şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türkdilli dövlətlərdən olan qonaqlar və ŞKTR-də təhsil alan əcnəbi tələbələr xalqımızın qədim adət-ənənələri ilə tanış olacaqlar.

Səfər martın 23-də başa çatacaq.

Süleyman
Seçilən
14
3
newscenter.az

4Mənbələr