AZ

Sərnişin təyyarəsi dənizə düşdü: 6 ölü

Hondurasda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli “La Prensa” nəşri məlumat yayıb.

İslas-de-la-Baya departamentinin qubernatoru Uqo Varelanın sözlərinə görə, qəza təyyarənin Roatan adasındakı hava limanından qalxmasından sonra baş verib.

“Təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər həlak olub”, – qubernator bildirib.

Məlumata görə, təyyarədə 15 nəfər olub.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Seçilən
10
1
yenicag.az

10Mənbələr