Demokrat.az xəbər verir ki, açıqlamada deyilir:
“Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Xatırladaq ki, daha öncə yayılan məlumatda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparıldığı bildirilirdi.
10Mənbələr
-
xezerxeber.azEndokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb VİDEO ( 16124733)
-
yenilik.azEndokrinoloji Mərkəzdə xəstələrdən pul alıblar – Rəsmi ( 16118547)
-
avtosfer.azEndokrinoloji Mərkəzin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı ( 16117779)
-
demokrat.azEndokrinoloji Mərkəzdə xəstələrdən pul alıblar — RƏSMİ ( 16116515)
-
azpost.infoEndokrinoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlandı ( 16116353)
-
news24.azVəzifəli şəxsləri barəsində cinayət işi başladı ( 16111533)
-
medicalmedia.azBaş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatı ( 16114751)
-
7news.azVəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı ( 16114759)
-
hurriyyet.azRespublika Endokrinoloji Mərkəzin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb ( 16114497)
-
Doktorm.azEndokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı ( 16113793)