AZ

SOCAR Downstream Konqoda layihələr icra edəcək (FOTO)

Bakı. Trend:

SOCAR Downstream rəhbərliyi və nümayəndə heyəti Konqo DövlətNeft Şirkəti (SNPC) və CORAF Neft Emalı Zavodunun rəhbərliyi iləişgüzar görüş keçirmişdir.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, görüş çərçivəsində 2024-cü ilin 11 oktyabrtarixində imzalanmış Layihənin İdarə Edilməsi üzrə Məsləhət (PMC)xidmətləri müqaviləsinə əsasən, ölkənin yanacaq tələbatınınödənilməsinə yönəlmiş potensial layihələr, zavodun mövcudvəziyyətinin analizi, eləcə də məhsuldarlıq, səmərəlilik vəgəlirliliyin artırılması məqsədilə proses modelinin hazırlanması və“Business Excellence” layihələri müzakirə edilmişdir.

Sözügedən layihələr Konqo Dövlət Neft Şirkəti rəhbərliyinətəqdim edilmiş və icrasına başlanılması təsdiqlənmişdir.

SOCAR
SOCAR
Seçilən
14
1
az.trend.az

2Mənbələr