AZ

AFFA-nın sabiq baş katibi müalicəsini ev şəraitində davam etdirir

AFFA-nın sabiq baş katibi, "Neftçi"nin veteran futbolçusu Çingiz İsmayılov müalicəsini ev şəraitində davam etdirir.
 
Bu barədə Moderator.az-a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
 
O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Ç.İsmayılovun evə buraxıldığını vurğulayıb:
 
“Çingiz İsmayılov bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Yaşlı insandır, səhhətində müəyyən problemlər var. Müalicə ilə bağlı ona AFFA tərəfindən də dəstək göstərilib. Hazırda xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirir”.
 
Seçilən
7
1
moderator.az

2Mənbələr