AZ

AFFA-nın sabiq baş katibinin xəstəxanaya yerləşdirilməsinin SƏBƏBİ

AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə Far.Az-ə onun oğlu Anar İsmayılov məlumat verib.

O, atasının hazırda ev şəraitində müalicə aldığını bildirib:

"Az yemək yeyir. Durub gəzmək istəyəndə başı hərlənir deyə, uzanıqlı vəziyyətdə olur. Pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Dərmanlar qəbul edir, sistem vurulur".

Qeyd edək ki, Çingiz İsmayılov 1955–1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Bundan başqa, Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif olunub.

Seçilən
14
far.az

1Mənbələr