AZ

İsrail müdafiə naziri HƏMAS-a xəbərdarlıq etdi

HƏMAS bütün girovları qaytarmasa, İsrailin zərbələri daha da güclənəcək.

Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz deyib.

"Qatil HƏMAS anlamalıdır ki, bütün girovlarımızı azad etməsə, zərbələrimiz daha da güclənəcək”, - nazir bildirib.

Həmçinin İsrail Müdafiə Qüvvələri Qəzza zolağı boyunca HƏMAS və "İslami Cihad” hərəkatlarının hədəflərinə zərbələr endirməkdə davam etdiyini açıqlayıb.

İsrail ordusunun bəyanatında deyilir ki, son bir neçə saat ərzində vurulan hədəflər arasında sözügedən təşkilatların hücrələri, raket mövqeləri, silahları və digər hərbi infrastrukturları olub.

Qeyd edək ki, İsrailin bu gün endirdiyi zərbələr nəticəsində 404 nəfər ölüb, 562 nəfər yaralanıb.

Seçilən
9
2
ulusum.az

3Mənbələr