Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Far.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:
Babayev Toğrul Cavanşir oğlu
Cabbarova Könül Şamil qızı
Əsgərov Nəbi Allahverdi oğlu
Fətəliyev Sahil Əli oğlu
Həsənov Cahandar Vidadi oğlu
Musayev Səbuhi Əbülfət oğlu
Mustafayev Şəhriyar Elman oğlu
Orucov Vüsal Ramiz oğlu.